Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fəhlələr etirazlara başladılar-Ermənistanda

 

Ermənistanda fəhlələr etirazlara başladılar
Ermənistanın Ararat şəhərində fəaliyyət göstərən qızıl emalı zavodunun işçiləri tətil elan ediblər. Müəssisənin əməkdaşları məvaciblərinin aylarla gecikdirilməsindən, fəhlələrlə davranışdan narazıdırlar. Belə ki, zavodun təhlükəsizlik xidməti əvvəlcə qiymətli filizi gizlədir, sonra onu guya aşkar edərək mükafat alır, günahsız işçilər isə cəzalandırılırlar.
 Yenixeber.org: Fəhlələrin 13 saat işləmələrinə baxmayaraq, onlara 8 saat üçün əməkhaqqı ödənilir. Ermənistanda uzun müddətdir davam edən böhran ucqar kəndlərdə yaşayışı dözülməz edib. Xaçik kəndinin sakinləri də iqtisadi tənəzzülünün qurbanına çevriliblər. Sakinlərin sözlərinə görə, kredit təşkilatından birinə külli miqdarda borcları yaranıb. İki ilə yaxındır ki, götürdükləri pulu qaytara bilməyən kəndlilər çıxış yolunu hökumətə müraciətdə görüblər.

Vayotdzor vilayətinin sakinləri qubernatorluq binasının qarşısında toplaşıb etiraz ediblər. Etirazçılar bildirirlər ki, ətraf kəndlərdəki yüzlərlə ailə çörəksiz qalıb. Ərazidəki Amulsar qızıl mədənində çalışanlar sabit əməkhaqqına ümid edərək kredit götürüblər və nəticədə çıxılmaz vəziyyətə düşüblər. Vayotsdzor vilayətinin sərhədyanı Almalı yaşayış məntəqəsinin sakinləri də sosial problemlərdən şikayətçidirlər. Beş yüzdən çox sakini olan kənddə əsas iş yeri müqaviləli hərbi xidmətdir. Kəndin 50-dən artıq sakini müqavilə əsasında hərbi qulluqçu kimi xidmət edir. Almalıda bundan başqa iş yoxdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam