Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gəncə Dövlət Universitetində yeni laboratoriyanın açıldı


 

17 sentyabr 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin  Biologiya-kimya fakültəsində yeni bir sevincli gün yaşandı.

"Xeberinfo.com":   Məlumata görə, fakültənin Kimya kafedrasının nəzdində olan Fiziki və kolloid kimya  laboratoriyası yenidən qurulub əməkdaşların və tələbələrin istifadəsinə verildi. Bu münasibətlə çıxış edən rektor professor Yusif Yusibov qeyd etdi ki, son illər Universitetimizin maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsində əsaslı işlər aparılmışdır. Fakültədə Fiziki və kolloid kimya  laboratoriyasının yeni formada açılışı da bu işlərdən biridir. Az vaxtda fakültədə mövcud olan səkkiz laboratoriyadan artıq altıncısıdır ki, yenidən qurulub. Laboratoriyada tələbə və müəllimlərin rahat işləmələri üçün münasib iş şəraiti yaradılmış, fənn üzrə məşğələlər aparılmasına tələb olunan bütün avadanlıqlar alınıb quraşdırılmış, şkaflarda səliqəli şəkildə yerləşdirilmişdir. Biz bundan sonra da tələbələrin əyani surətdə bilik əldə etmələri üçün bütün imkanlardan istifadə edəcəyik.

 Kimya kafedrasının müdiridosent Qurbanov Qulu, dosent Cəfərov Elxan, dosent  Kərimov Heydər və digər əməkdaşlar çıxış edərək professor Yusif Yusibova gördüyü uğurlu işlərə görə təşəkkürlərini bildirib, yeni-yeni uğurlar arzuladılar.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam