Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Gəncə Dövlət Universiteti ilə bağlı yazılanlar əsassızdır"


 

Universitetin tələbə və müəllim heyəti mediyaya müraciət etdi

 

 Xeberinfo.com:   Son günlər bəzi internet saytlarında Gəncə Dövlət Universiteti ilə bağlı  böhtan xarakterli  məlumatlar dərc edilir.Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin  tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti  haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar  tamamilə  əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və  öz  iradlarını bildirirlər.

Gəncə Dövlət Universitetində təhsil alan tələbələr arasında  nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

             Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində  tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur. Universitet çərçivəsində təhsilin keyfiyyətinə nəzarəti gücləndirmək məqsədi ilə bir neçə istiqamətdə komissiyalar təşkil edilmişdir. Bu komissiyaların tərkibində də universitet elminin və tədrisinin aparıcı qüvvələri səfərbər edilmişdir.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.

    Hal hazırda Gəncə Dövlət Universitetində imtahanlar gedir.Bu imtahanlar tam şəffaf,obyektiv və təlimata uyğun şəkildə keçirilir.

       Bu gün GDU-nun tələbə və müəllim heyəti rektor  Yusif Yusifovun rəhbərliyi ilə Gəncə şəhərindəki Şəhidlər xiyabanını ziyarət etmiş və şəhidlərimizin qəbirləri üstünə gül dəstələri qoymuşlar.Bəzi saytlar isə guya tələbələrin mitinqi ilə bağlı yalan məlumatlar yaymışdır.Hətta bu xəbərlərin fonunda hansısa başqa bir  bir universitetə aid olan şəkillər qoymuşdur,məlumunuz edirik ki,həmin fotoşəkillərin və xəbərin Gəncə Dövlət Universiteti ilə hec bir əlaqəsi yoxdur və bu piketlə baglı xəbərlər cəfəngiyyatdan başqa bir şey deyil.

      GDU-nun kollektivi Respublikanın və şəhərin ictimai həyatında fəal iştirak edir. Universitetimizin məzunlarının bir çox məsul vəzifələrə irəli çəkilməsi də məhz tələbəlik illərində onlara aşılanan ictimai fəallıq keyfiyyətlərinin parlaq təzahürüdür.

Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti  rektor, professor Yusif  Yusibovun  rəhbərliyi  ilə  son dövrdə bu ali təhsil ocağında gedən quruculuq  işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

 Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli  şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

 Son illərdə universitetin  maddi-texniki  bazasının  əsaslı  şəkildə  yenidən  qurulması, o cümlədən çoxlu  kompyuter  dəstinin və digər informasiya texnologiyaları avadanlıqlarının  alınması, müasir  standartlara  cavab verən tədris laboratoriyasının yaradılması, idman zalının,tədris binalarının əsaslı təmiri və digər tədbirlər təhsil müəssisəsində elmi və kadr təminatına nə dərəcədə önəm verildiyini göstərir..

     Bir daha qeyd edirik ki,son vaxtlar  bəzi saytlarda universitetimiz haqqında müəllifi məlum olmayan bu böhtan xarakterli yazılar  bizdə yalnız təəssüf doğurur.Bu  məqalələrdə göstərilənlər  universitetimizin  və onun rektorunun işgüzar nüfuzuna xələl  gətirmək  məqsədini  daşıyır. Yazıda  göstərilənlərdən  fərqli olaraq, universitet  rektoru  dövlətə  və  dövlətçiliyə  sadiq olan bir insan olmaqla, onun fəaliyyəti  bütün  valideyn  və  tələbələr  tərəfindən təqdir olunur. Universitetin işgüzar  nüfuzuna  xələl  gətirən böhtan xarakterli bu informasiyaların  yayılması  şəffaflığın və obyektivliyin  təmin  edilməsi, tədrisin  keyfiyyətinin  yüksəldilməsi  istiqamətində aparılan  işlərə  kölgə  salmaq  məqsədini  daşıyır. Belə qənaətə gəlinir ki, universitetdə  şəffaflığın  yaradılması, dərsə  davamiyyət  səviyyəsinin  xeyli yaxşılaşdırılması, tədris  prosesində  interaktiv  metodlardan  geniş  istifadə edilməsi, beynəlxalq  əlaqələrin  genişlənməsi  kimi  tədbirlər  rüşvət sindromundan  yaxa  qurtara  bilməyən  bəzi  insanların  şəxsi  maraqlarına  cavab vermir. Yəqin  universitetlə  bağlı  gedən  böhtan  xarakterli  yazıların “naməlum mənbə”si  də  bu  sindroma  ciddi  şəkildə  yoluxmuş, şəffaflıq və  obyektivliyin təmin  edilməsi  istiqamətində  aparılan  işlərlə  barışa  bilməyənlərdəndir.

     Bir daha bildiririk ki,Gəncə  Dövlət  Universiteti  ilə   bağlı  kütləvi  informasiya vasitələrində  gedən  yazılar  reallığı  əks  etdirmir  və  universitetin  işgüzar nüfuzuna  xələl   gətirmək  məqsədini daşıyır.Saytlara dərc olunmaq ücün göndərilən,heç   bir  insanı  və  etik  normalara  sığmayan  bu   cür  iftira və yalanlar  kiminsə  marağı  xatirinə  virtual  məkana  yol  tapmışdır. Bu yalan və böhtanları  Gəncə  Dövlət  Universitetinin  bütün  sağlam   əqidə  ilə  düşünən kollektivinə  qarşı  yönəlmiş  hesab  edirik.

 

      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam