Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan qanunlarına hörmət edin”

 

8ce1721c406611c25b90b67109266ed5

      Ukrayna Xarici İşlər Nazirliyi ölkə jurnalistlərini nazirliyin tövsiyələrinə əməl etməyə və Dağlıq Qarabağa səfərlə bağlı Azərbaycan tərəfinin müəyyənləşdirdiyi qaydalara hörmət göstərməyə çağırıb.

   "Xeberinfo.com": APA-nın xəbərinə görə, bunu Ukrayna XİN-in mətbuat katibi Yevgeni Perebiynıs yerli “1+1” telekanalında yayımlanan verilişlə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin etiraz notasını “Ukrinform”a şərh edərkən deyib.

“Biz Azərbaycan tərəfinə məlumat verəcəyik ki, saytımızda sözügedən regiona səfər etmək üçün mütləq Azərbaycanın müvafiq orqanlarının razılığını almağın vacibliyinə dair tövsiyə yerləşdirilib. Biz hər zaman jurnalistləri bu normalara əməl etməyə çağırırıq”, – deyə o, söyləyib.

Y. Perebiynıs bildirib ki, ukraynalı jurnalistlər Azərbaycan Respublikasının qanun-qaydalarını pozublar, eləcə də Ukrayna XİN-in tövsiyələrinə əməl etməyiblər: “Bu, özəl telekanaldır və biz əlbəttə ki, onlara hər hansı direktiv verə bilmərik. Lakin istənilən halda biz bütün jurnalistləri bu normalara əməl etməyə çağırırıq. Mövqeyimizi bir daha telekanalın rəhbərliyinə çatdıracağıq”.

Xatırladaq ki, “1+1” telekanalının “15 respublika” adlı proqramında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən birtərəfli və həqiqətdən uzaq fikirlər səslənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam