Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Azərbaycan telekanallarında dil biabırçılığı

Azərbaycan telekanallarında dil biabırçılığı:

 

 

   Telekanallarda Azərbaycan ədəbi dilinin qaydalarına necə əməl olunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb.
     "Xeberinfo.com": Milli Tеlеrаdiо Şurаsı və Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu bildirir ki, 6 telekanalı – İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV və Lider TV-də yayımlanan verilişləri yoxlayıblar.
    Məlum olub ki, ədəbi dil normaları dilin bütün səviyyələrində - istər fonoloji, istər leksik, istərsə də qrammatik səviyyədə pozulur.
Bəzi nümunələr:

 

SPACE TV

“Hər gün” – aparıcı Elvin Basqallı- 08:09:14- 20:21- Hara düşəcey. [düşəcəx‘]
“Hər həftə” – Zəminə Əliyeva - 02.11.2014; 20:24:39 – Üstəlik diggətin [dik´qətin] feyziyabı kimi bu şou təkrarlanmalıdır.
“Hər həftə” – Zəminə Əliyeva - 02.11.2014; 20:24:49 – Gəbirlərinizi [qəbirlərinizi] dağıdıb baş daşlarınızı satmıram.
“Hər gün” – Fərqanə Səfər – 01.11.2014; 17:00:53 – Mədən çökdü: 3 çinli yerin dibinə girdi.
“Hər həftə” – Ayaz Mirzəyev- 02.11.2014; 20:21:08 – Qaz danışıqlarında kim qazlanır?

ANS

“Xəbərçi”- aparıcı Qənirə Ataşova- 04.09.2014- 21:01- Ailə fo’tosu [foto‘] çəkdiriblər.
-9.10.2014- 21:13- Abama [Obama]…
 “Evdəyik”- 18.09.14- 13:52- Ulvira Qarayeva- Özüvüzə [özünüzə] iş tapa bilirsiniz.
 “Xəbərçi”- 29.09.2014- 8:10- Natəvan Babayeva- Mən sizinlə Xəbərçinin doqquz buraxılışında görüşəjəyəm. [görüşəcəyəm]
“Günəbaxan”- 7.10.2014- 10:54- Həmişə alinə yığasınız başuvuza [başınıza]
 “Bazar səhəri Rövşanə ilə” – 28.09.2014- 11:40- Ən vzvayşiy rəngdir.
-12:30- Fikirlərində konservantlıq var.

LİDER TV

“Səda” – 08.09.2014- 19:04- Biz sizə bu haqda xəbər verəceyiy [verəcəyix‘]
“Səhər çağı” – 7.10.2014- 9:20- Qallivud [hollivud]
“Səda”- Mehman Mehdiyev- 20.10.2014; 19:04:45 Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövgelərdən [mövqelərdən] də silahlı qüvvələrimizin mövgeləri [mövqeləri] atəşə tutulub.
“Səda” –Leyla Mehdiqızı - 01.11.2014; 13:01:19 - ... erməni diaspırını [diasporunu] ittiham edib.
“Sport maqazin” - 01.11.2014; 03:15:28 - ... qalıstukunu [qalstukunu] çıxartdı.
“Səhər çağı” - 01.11.2014; 09:36:34- Respublikamızda keцirilən ...[keçirilən]
01.11.2014; 19:02:18 – Sahib Alıyev- Fransanın maderatorluğu altında ...
01.11.2014; 19:25:24 – Ermənistandan hava daşımlarını ancaq başqa ölkələrin şirkətləri reallaşdırırlar.

ATV

“Gün üzü” -7.10.2014- 11:15- İlqar Mikayıloğlu- Çox sağ olun ki, gəldüz [gəldiniz]
-8.10.2014- 10:07- İlqar- diyon da [dayan da]
10:08- Əyib döyül... Siz necesüz? [necəsiniz]
-10:16- Kifayətlənmüsüz [kifayətlənmisiniz] bilirəm.
-14.10.2014- 10:04- Bu günlərim biz zəvvarlarımız barədə söbət [söhbət] edəcəyik.
-27.10.2014- 10:13- istəmüyün-
-10:15- bax belənçünə…
-10:34- Evdə balaca bəbəşkası olanlar... Ta lap balaca bəbəşkasından tutmuş..
-10:36- Analıqı olmayan... [analoqu]
“ATV Xəbər” Gülnar Muxtarqızı... 23.09.2014; 14:02:02 Gilan gida [qida]şəhəriyi ilə tanış olub.
“ATV Xəbər” - Gülnar Muxtarqızı - 23.09.2014; 14:02:13 ... hərbi hissənin gərargahında [qərargahında] və əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.
“Gündəlik- 15.09.2014- aparıcı Mətanət- 19:16- Siz belə seryoznu müəlliməsiniz?
-19:03- Bütün insanları maç, quç edirəm.
Monitorinqi aparanlar nöqsanları aradan qaldırmaq üçün TV-lərə təkliflər də veriblər. Məsələn, aparıcılara dil normaları ilə bağlı kurs keçilsin (xüsusən də rus təhsilli aparıcıların bəzi səsləri düzgün tələffüz edə bilməsi üçün). Bundan başqa aparıcılar çox sürətlə danışmasınlar, bu onların daha az səhv buraxmasına kömək edər ("Azadlıq" radiosu).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam