Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Space" və ANS cərimələnəcək

 

   Toğrul Məmmədov: "Space kanalında yayımlanan "Bizim mətbəx" verilişində və ANS-də yayımlaan "Ağabəyovlar"serialında söyüş və qeyri-etik ifadələr monitorinq qrupu tərəfindən qeydiyyata alınıb"

   "xeberinfo.com": Milli Tele Radio Şurası (MTRŞ) Space və ANS kanalnı yüksək məbləğdə cərimələyə bilər. MTRŞ-nın   aparat rəhbəri Toğrul Məmmədovun açıqlamasında bildirib ki,  telekanallarda Azərbaycan dilinin ədəbi normalarına riayət olunmasına dair keçirilən monitorinq zamanı Space kanalında yayımlanan "Bizim mətbəx" verilişində söyüş və təhqir dolu ifadələrin səsləndirildiyi qeydiyyata alınıb. Həmçinin ANS telekanalında efirə gedən "Ağabəyovlar" serialında da qeyri-etik ifadələrin işlədiyi  monitorinq qrupu tərəfindən qeydə alınıb.

Hər iki telekanala monitorinqin nəticələri açıqlanan zaman ciddi xəbərdarlıq ediləcək".

T.Məmmədov bildirib ki, həmin kanallar yüksək məbləğdə cərimələnə də bilər: "Monitorinqin nəticələri açıqlanan zaman sözügedən kanallara sərt xəbərdarlıq olunacaq. "Bizim mətbəx" və "Ağabəyovlar" serialında efirə yasaq olan ifadələrin səsləndirilməsi monitorinqin nəticələri açıqlanan zaman öz əksini tapacaq".

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu”nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində keçirdiyi monitorinq davam edir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam