Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şimşək çaxacaq, leysan olacaq - PROQNOZ

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-20, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 18-22, dağlarda gecə 3-8, gündüz 8-12 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza görə, oktyabrın 16-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi və iqlim norması daxilində temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam