Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

İrəvanda açıq savaş başladı:Çarukyan Paşinyana qarşı

 

İrəvan Şəhər Şurasında keçiriləcək seçkidən öncə hökumətə qarşı sərt tənqidlər səsləndirilməyə başlanılıb.

Yenixeber.org: Paşinyan hökumətinə qarşı ən sərt tənqidi Çarukyan Blokunun nümayəndələri dilə gətirib. Blok bununla hökumətlə uzun müddətdir apardığı “səssiz və gizli savaşı” açıq müstəviyə keçirmiş olub.

Hökumətə qarşı ilk sərt tənqidi Çiçəklənən Ermənistan Partiyasının İrəvan meri vəzifəsinə namizədi Naira Zöhrabyan səsləndirib. Zöhrabyan hökumətin mer vəzifəsinə əsas namizədi olan Ayk Marutyanın İrəvana biznes layihə kimi yanaşdığını bildirib:

“Paytaxt onlar üçün “İrəvan prodakşn” adlı biznes layihədən başqa bir şey deyil. Əgər onlar Ermənistanı vətən kimi qəbul edirlərsə, Avropada 6-7 ev almaq əvəzinə burada məskunlaşardılar”.

O, daha sonra Marutyanı siyasi debata səsləyib:

“Hər dəfə imkan düşən kimi biz hansısa siyasi qüvvəni Köçəryanın dəstəkləməsi barədə ittihamlar eşidirik. Lakin onlar bilmirlər ki, özləri Köçəryanın piyar kampaniyasını aparırlar. Maraqlıdır ki, “Mənim addımım” (Marutyanın bloku) blokunun üzvlərinin əksəriyyəti Serj Sərkisyanın yaxın adamlarıdır”.

Zöhrabyan buna əsas sübut kimi blokun namizədləri sırasında Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın və yazıçı Zori Balayanın qohumunun olmasını göstərib.

Zöhrabyanın ittihamları bu gün Çarukyan Blokunun deputatı İveta Tonoyan tərəfindən davam etdirilib. O, Çiçəklənən Ermənistanın qara piar başlatmadığını, sadəcə, informasiya reketliyinə reaksiya verdiyini söyləyib. O, bəzi dövlət strukturlarının partiyanın namizədlərinə qarşı təhqirlərə və təhdidlərə yol verdiyini bildirib.

Hökumətin adından ittihamlara Yelk Blokunun parlament fraksiyasının rəhbəri Lena Nazaryan cavab verib. O, məhz Zöhrabyanın qara piar kampaniyası apardığını bildirib:

“Zöhrabyan 2008-ci ilin martında ölkədə fövqəladə rejimin tətbiq edilməsinin lehinə səs verən şəxsdir. Bütün bunlardan sonra onlar bizi Respublikaçılar Partiyası ilə əlaqədə necə ittiham edə bilərlər?”

Nazaryan həmçinin seçki öncəsi seçicilərə rüşvət təklif edilməsi hallarına rast gəlindiyi haqqında məlumatlara malik olduqlarını bildirib. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini deyib.

Marutyan isə Çiçəklənən Ermənistanın bütün ittihamlarına “yalandır” deməklə cavab verib. O, Zöhrabyanın debat təklifini qəbul etmədiyini açıqlayıb.

Qeyd edək ki, İrəvan Şəhər Şurasına seçki 23 sentyabrda keçiriləcək. Seçkidə 12 siyasi qüvvə iştirak edir. Seçkidə mübarizənin əsasən Mənim Addımın Bloku, Çiçəklənən Ermənistan Partiyası və Daşnaksütyun Partiyası arasında olacağı iddia olunur. Mətbuatın iddiasına görə, seçkidə Köçəryanın və ona tabe olan oliqarxların Daşnaksütyun Partiyasına dəstək verəcəyi gözlənilir. Respublikaçılara gəlincə isə, onlar hələlik hansısa blokun ətrafında birləşməyi düşünmürlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam