Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dan PKK-ya havadan müdafiə qalxanı

 

ABŞ, terror təşkilatı PKK-nın Suriyadakı davamı PYD/YPG-nin nəzarətində olan Kobanidə hava müdafiə və elektron radar sistemi yaratdığı iddia edilib. Sistemin qurulmasına dair görüntülər sosial mediadan paylaşılıb. Bəzi xarici mətbuat orqanlarında da yer alan bu iddianı Ankara yaxından izləyir.
 
Yenixeber.org: ABŞ-ın Suriyada terror təşkilatı PYD/YPG-nin nəzarəti altındakı Kobanidə və Hasəkə bölgəsindəki ABŞ bazası Al Şadadidə hava müdafiə və elektron radar sistemi qurduğu irəli sürülüb. Sosial mediada yer alan bir videoda, hərbi təyyarələrlə Kobaniyə gətirilən radar sistemi, ABŞ əsgərləri ilə montaj edilir.
Bəzi xarici mətbuat orqanlarında da yer alan radar iddiasını Ankara da yaxından izləyir. Təhlükəsizlik qaynaqları, “Hürriyyət” qəzetinə etdiyi açıqlamada, müvafiq qurumların sözügedən iddia ilə bağlı regiondakı fəallığı öyrəndiklərini deməklə yetiniblər. Eyni mənbələr, "ABŞ-ın Kobanidə radar sistemi qurduğu xəbəri təkzib edilmir, eləmi" aualına, "İddialara baxılır, müvafiq araşdırmalar aparılır" cavabını verib. Bir səlahiyyətli, hadisə ilə bağlı yerli kəşfiyyat mənbələrindən daha sağlam məlumat alınması üçün zəruri tədbirlərin görüldüyünü deyib.(müxalifət)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam