Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Biznesmenlər aksiya keçirir-Ermənistanda

 

Ermənistanda biznesmenlər aksiya keçirir
Ermənistanın Ararat əyalətinin Artaşat şəhərində bizneslə məşğul olan şəxslər etiraz aksiyası keçirirlər. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, orta və xırda sahibkarlar, mağaza və dükan sahibləri Ermənistanın Vergilər Nazirliyinin nümayəndələrinin işindən narazılıq edirlər.
Səhər tezdən aksiyaya başlayan tacirlər bəyan edirlər ki, vergi orqanları işçilərinin özbaşınalığı və dükan sahiblərinə təzyiqi sərhəd tanımır.

“Onlar bütün şəhəri terrora bürüyürlər, hamını qorxudurlar. 13-14 nəfər vergi işçisi birləşib yoxlamalar aparırlar. 300 min dram məbləğində malı olan mağazalara 500-600 min dram cərimə kəsirlər. Təlimata uyğun olaraq kassa-nəzarət aparatlarını yoxlamağa gələrkən qanun pozuntusu aşkarlamayanda başlayırlar təlimatsız formada işçiləri yoxlamağa. Təki yoxlamağa və cərimə yazmağa bir bəhanə olsun.” – deyə, etiraz edən tacirlərdən biri bəyan edib.

Aksiyanın kütləviləşdiyini görən Ermənistanın Dövlət Gəlirləri Komitəsinin başçısı David Ananyan hazırda etirazçılarla görüşə gəlib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam