Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu günün havası belə olacaq

 Ölkə ərazisində avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və əsasən yağmursuz olacaq. Mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 25-27°, gündüz 30-35° isti təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Cənub çimərliklərdə (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyinin gündüz şimal-şərq küləyi ilə əvəzlənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 26-27° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraiti əsasən yağmursuz keçəcək, Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 33-38° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 22-27° isti olacaq.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Axşama doğru tədricən kəsiləcək. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti təşkil edəcək.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 14-17°, gündüz 23-28° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 31-36° isti təşkil edəcək.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26°, gündüz 30-35° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam