Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Banklara nəzarətedici orqan fəaliyyətə başladı

 

75920

                     Avropa İttifaqında banklara nəzarətedici orqan fəaliyyətə başlayıb

       "Xeberinfo.com": Noyabrın 4-də Avropa İttifaqında (Aİ) Avropa Mərkəzi Bankının (AMB) tərkibinə daxil olan banklara nəzarətedici idarə fəaliyyətə başlayıb. Qurum banklara nəzarət üzrə yeni proqram çərçivəsində yaradılmaqla AMB və proqram iştirakçısı olan ölkələrdə birgə fəaliyyəti nəzərdə tutur.

        Fransız Daniel Nuinin başçılıq etdiyi təsisatın əsas vəzifəsi Avropada stabil bank sisteminin formalaşdırılması və onun fəaliyyətinə nəzarətdir. Bu barədə AMB-nin saytında deyilir.

       Aİ-nin nəzarətedici orqanı avrozonanın bank aktivlərində payı 85 faiz təşkil edən 120-dən çox bankla birgə fəaliyyəti həyata keçirəcək.

     Almaniya maliyyə naziri Volfqanq Şoyble Avropa nəzarətedici orqanının işə başlamasını vergiödəyiciləri üçün müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, maliyyə və bank böhranı göstərdi ki, milli nəzarətedici orqanlar fəaliyyəti bir dövlətlə məhdudlaşmayan iri banklara nəzarət etmək iqtidarında deyil. Bununla əlaqədar olaraq V.Şoyble qeyd edib ki, onların fəaliyyətinə nəzarətin AMB-nin ixtiyarına verilməsi düzgün addımdır, – “IT Expert” yazır. /anspress

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam