Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda banklardan kredit almaq çətinləşəcək

 

 

   "xeberinfo.com": Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə banklarından iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsini dayandırmağı tələb edib.

Ölkənin bank sektorundakı mənbələrdən əldə etdiyimiz  məlumata görə, AMB ölkədə fəaliyyət göstərən banklara iş yerindən arayış olmadan istehlak kreditlərinin verilməsinin dayandırılması göstərişi ilə bağlı məktub göndərib: "Bu, gələcəkdə mümkün risklərin aradan qaldırılmasına yönəlmiş ilkin qabaqlayıcı tədbirdir. Əhaliyə kreditlərin verilməsi üzrə təsdiqlənmiş prosedur mövcuddur, orada iş yerindən arayışın təqdim edilməsinin vacibliyi göstərilib. Bu bənd pozulmayıb, lakin onun yerinə yetirilməsinə nəzarət AMB-nin fikrincə, kifayət qədər deyil və banklara qaydaların yerinə yetirilməsinə nəzarət etmək tapşırılıb".

Qeyd olunur ki, AMB-nin tələbləri bankların kredit portfelinin keyfiyyətinin pisləşməsi, yaxud problemli kreditlərin artımı ilə bağlı deyil: "Ölkənin iri banklarının portfellərinin keyfiyyəti yüksək səviyyədədir. Eyni zamanda, borc yükü də artır və bu, AMB-də xəbərdarlıq tədbirləri ilə tənzimləmə istəyi yaradır. Baxmayaraq ki, Azərbaycanda bu göstərci qonşu ölkələrlə, o cümlədən Rusiya ilə müqayisədə xeyli aşağıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam