Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçilər kütləvi etiraza başlayıb-Norveçdə

Norveçdə neftçilər kütləvi etiraza başlayıb
Norveçin neft-qaz sahəsi işçilərinin həmkarlar ittifaqının 700-ə yaxın üzvü əmək haqqlarının artırılması tələbilə tətil elan edib.
Yenixeber.org: “Verdens Gang” qəzeti xəbər verir ki, neftçilər İşəgötürənlər Assosiasiyasilə aparılan danışıqlar uğursuzluqla nəticələndikdən sonra tətil etmək barədə qərara gəliblər.

“Safe neft-qaz sahəsi işçilərinin həmkarları və İşəgötürənlər Assosiasiyası neftçilərin illik əmək haqqlarının artırılması ilə bağlı razılığa gələ bilməyiblər. Bununla əlaqədar olaraq, kontinental şelfdəki 9 obyektdə işləyən 669 neftçi tətil elan ediblər”, – deyə Assosiasiyanın bəyanatında bildirilib.

İşəgötürənlər Assosiasiyası hesab edir ki, neftçilərin maaşların qaldırılmasilə bağlı tələbləri əsassızdır və müəssisələrlə işçilər arasındakı belə konfliktlər bu sahədə imic və iqtisadi itkilərə səbəb ola bilər.

Həmkarlar ittifaqı isə bəyan edib ki, əgər tərəflər razılığa gələ bilməsələr, gələn həftədən tətilə daha 900 neftçi qoşulacaq. Bununla da, tətil Norveçin neft sahəsində fəaliyyət göstərən 20 obyektini əhatə edəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam