Redaktor seçimi
Günün xəbəri

Sumqayıt şəhərində “Gənclik və Vətənpərlik” layihəsi icra edilib

                   

 

 

 

 

 

 

 

 

 

 

   

    "Xeberinfo.com": Prezident yanında Gənclər Fondunun 5 ci qrant müsabiqəsinə əsasən sentyabr-oktyabr ayları ərzində Sumqayıt şəhərində “Gənclik və Vətənpərlik” layihəsi icra edilmişdir. Layihə çərçivəsində Sumqayıt şəhər fars-ingilis təməyüllü internat orta məktəbindən 30 rəsm bacarıqlı uşaqlar seçilmiş və bir ay ərzində peşəkar müəllimlər tərəfindən onlara təsviri-incəsənətin sirləri öyrədilmişdir. Layihənin məqsədi Azərbaycanımızın böyüyən nəslində vətənpərlik hisslərinin artırılması, gənc məktəblilərin vətənə sevgi hissini öz çəkdikləri şəkillərdə bildirməsi idi. Keçirilən sərgidə uşaqların əl işləri peşəkar rəssamlar tərəfindən yüksək qiymətləndirilmiş və yekun olaraq ən yaxşı  işlərin sahibləri layihə rəhbəri tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam