Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

 Bu fakt ciddi narahatlıq doğurur –Millət vəkili

 

Millət vəkili Qənirə Paşayeva Bankir Qadınlar Klubunda bankir qadınlarla görüş keçirib

Yenixeber.org:  Deputat görüş zamanı qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan və dəstəyə ehtiyacı olan sahələrdən danışıb.
“Bankir Qadınlar Klubu da öz növbəsində anlamalıdır ki, dövlətlə yanaşı, vətəndaş cəmiyyətində ayrı-ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər”, - millət vəkili deyib.
Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan deputat Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə danışıb.
Q.Paşayeva qeyd edib ki, gender bərabərliyi məsələsinə diqqət daha da artırılmalıdır:
“Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha həssas yanaşmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir. Zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyətimizi də gücləndirməyə ciddi ehtiyac var”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam