Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

İlham Əliyev ADA-da keçirilən məzun günündə iştirak edib

İlham Əliyev ADA-da keçirilən məzun günündə iştirak edib
Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Məzun günü təhsil müəssisəsinin professor-müəllim heyətinin səhnəyə çıxması ilə başladı.

Sonra universitetdə təhsil alan əcnəbi tələbələr öz dövlət bayraqlarını gətirdilər. Daha sonra fəxri qarovul dəstəsi Azərbaycan bayrağını gətirdi.

Prezident İlham Əliyev məzun günündə çıxış etdi. Tədbirdə ADA məzunlarına həsr olunan video nümayiş olundu.

Sonra Universitetin məzunu, biznes fakültəsinin iqtisadiyyat üzrə bakalavrı Azər Əliyev çıxış etdi.

Daha sonra ADA-nın tədris işləri üzrə prorektoru Vəfa Kazdal çıxış etdi.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Sonra diplomların təqdim edilməsi mərasimi başladı.

Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim etdi.

Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam