Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İsrail hərbçilərilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb, 2400 yaralı var- YENİLƏNİB-4 - VİDEO


Dinlə
Fələstinlilər Qüdsdə ABŞ səfirliyinin açılmasına etiraz edirlər© ntv

Yenixeber.org: Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

 "RİA Novosti" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. 

Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir. 


*** 17:29

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

 “The Jerusalem Post” xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb. 


*** 16:42

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 37 nəfərə çatıb.

 Türkiyənin NTV televiziyası xəbər verir ki, qarşıdurma zamanı 1700 nəfər yaralanıb. 


*** 15:35

ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsinə qarşı etiraz edən fələstinlilərlə İsrail ordusu arasında baş verən toqquşmalarda 500-dən çox fələstinli yaralanıb, 16 nəfər ölüb.

 Fələstin KİV-i xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, onlarla fələstinli güllə yarası alıb. Ümumilikdə isə, bu gün yaralananların sayı 512 nəfər olub.


***14:45

Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin "Geriqaytarma marşı" və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.

 "İnterfaks" xəbər verir ki, hazırda Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb.

Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.

Qeyd olunur ki, iki nəfər ölüb, azı 28 nəfər yaralanıb.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam