Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Alı Alıyev növbəti səyyar görüşünü keçirdi

 

 

Füzuli RİH başçısı səyyar qəbul-görüş keçirdi

 

"Xeberinfo.com": Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbulu Birinci Mahmudlu kəndində keçirilmişdir.

 Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

 

Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirib ki, vətəndaşların problemlərinin həlli, ilk

növbədə, onların qayğılarını vaxtında öyrənməkdən, hər bir insanın irəli sürdüyü məsələni, etdiyi xahiş və təklifi diqqətlə araşdırmaqdan asılıdır. 


Alı Alıyev deyib ki, Birinci Mahmudlu kəndinin işıq, su, qaz yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. 

Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir sakin pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.


        

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam