Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tibb Universitetinin klinikasında 5 yaşlı uşaq ölüb

6248a458-609f-47be-990c-09ec30344edb_292

 

Bakı şəhər, Suraxanı rayonu, Hövsan qəsəbə sakini 5 yaşlı Ömər Fətəliyev Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında vəfat edib.
Xeberinfo.com:   Bu barədə “Report”a Ö.Fətəliyevin atası Famil Fətəliyev məlumat verib.
O, martın 4-də övladının vəziyyətinin pisləşdiyini bildirib: “Axşam balıqqulağı formasında olan makaron yemişdi… Gecə vaxtı yediklərini qaytardı. Sabahı gün onu baxçaya yollamadıq, qızdırması var idi. Şənbə günü uşaq poliklinikasına apardıq orda iynə vurdular. Uşaq da bizimlə piyada evə qayıtdı, vəziyyəti normal idi. Bazar günü gecədən qızdırması qalxdı, bütün yediklərini o dəqiqə qaytarmağa başladı. “Təcili yardım” çağırdıq, həkimlər baxdı. Dedilər ki xəstəxanaya aparmalısınız. Suraxanı rayonunda yaşayırıq deyə Əmircandakı birləşmiş şəhər xəstəxanasına apardıq, orda müdaxilə edə bilmədilər. Dedilər bizlik deyil. Bakı 1 saylı Kliniki Tibbi Mərkəzinə apardıq. Oraya gedən kimi rentgen, UZİ etdilər, hər şeyi yoxladılar. Dedilər cərrahlıq heç nə yoxdur, nə olduğu bilinmir. Bizi Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yolladılar. Orda Öməri reanimasiyaya saldılar, uşaq özündən getdi”.
Qarayev xəstəxanasında dedilər mədədə qan laxtası var: “Qanı şprisə çəkdilər, mən özüm onu labaratoriyaya apardım. Nəticəni həkimə verdim. Uşaq 1 sutka həmin xəstəxanada komada qaldı. Gördülər ki, çarəsi yoxdur… Sonra ATU-nun Tədris Terapevtik Klinikasına getdik. Uşağı aparata qoşdular. Sabahı gün uşaq nisbətən düzəlmişdi, təzyiqi normallaşırdı. Amma hələ də komada idi. Dünən dedilər ki, uşaq nəfəs ala bilmir, elə aparata qoşulmalıdır ki, aparat onun əvəzinə nəfəs alacaq, sonra da dedilər ki, uşağın beyni tab gətirmir, işləmir və bizim uşağımız beləcə öldü. Uşaq öləndən sonra isə mənə yaxınlaşıb dedilər ki 750 manat borcunuz var, 350 manatını keçirik, 400 manatını verin. Halbuki 1000 manat depozit qoymuşdum. Həmin depozit qurtarandan qurtarandan çox az sonra uşaq keçindi…”
Uşçağın hansı diaqnodan öldüyünə gəlincə, valideyn onlara bu haqda heç nə deyilmədiyini bildirib: “Pnevmaniya dedilər, başqa diaqnozlar da dedilər, amma konkret diaqnoz bildirilmədi”.
ATU Tədris Terapevtik Klinikasından “Report”a bildirilib ki, Fətəliyev Ömər Famil oğlu Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasında koma vəziyyətinə düşüb: “Uşaq ağır vəziyyətdə ATU-nun Tədris Terapevtik Klinikasına valideynlərinin israrı ilə qəbul edilib. Uşağın vəziyyəti çox ağır olduğundan həkimlər nə qədər cəhd etsə də, onun həyatını xilas etmək mümkün olmayıb”.
Səhiyyə Nazirliyindən isə “Report”a bildirilib ki, faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam