Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

BMT Təhlükəsizlik Şurası açıq iclas keçirəcək-Sergey Skripalın işi üzrə

 

 

 Bu gün BMT Təhlükəsizlik Şurasının keçirəcəyi açıq iclasda Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsinə dair məsələ müzakirə ediləcək.

Yenixeber.org: TASS xəbər verir ki, bu barədə Britaniyanın BMT-dəki daimi nümayəndəliyindən bildiriblər.

"Açıq görüş saat 15:00-da (Nyu-York vaxtı ilə) baş tutacaq", - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında hadisə yerinə ilk çatan Nik Beyl adlı şəxs də var. Britaniya hakimiyyəti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Rusiya tərəfi hadisə barədə əlavə məlumata malik olmadığını və istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam