Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Polkovnik oğlunun müəmmalı ölümü -Peterburqda nə baş verdi?

 

Polkovnik oğlunun müəmmalı ölümü -

QRU-nun keçmiş polkovniki, Britaniyada qızı ilə birgə zəhərlənməsi ilə bütün dünyada məşhurlaşmış Sergey Skripalın oğlu Aleksandr 2017-ci ildə çox qəribə hadisələr nəticəsində ölüb

Yenixeber.org:  Jurnalistlər Aleksandr Skripalın ölüm səbəblərini və bu hadisənin təfərrüatlarını araşdırmağa çalışıblar.

Mənbə bildirir ki, 2017-ci ilin iyul ayında Aleksandr Skripal yaxın rəfiqəsi Anna Nikiforova ilə birlikdə qatarla Sankt-Peterburqa maşın almağa yollanıb. Məlum olduğuna görə, Aleksandrla birgə yaşamış Anna bir vaxtlar Peterburqda avtomobil satışı sahəsində işləyib. 

 

 

Aleksandr Skripal
Lakin yolda qəflətən Aleksandrın qaraciyər sirrozu kəskinləşir və onu vağzaldan birbaşa Mariino xəstəxanasına çatdırırlar. Mənbənin qeyd etdiyinə görə, Aleksandr Skripalın tibbi sığorta polisi olmaması üzündən ona tibbi yardım tam həcmdə göstərilməyib. Aleksandr özünə gəlməyərək dünyasını dəyişib.
Meyit ekspertiza üçün patoloq-anatoma göndərilmir. Elə bu vaxt Sergey Skripalın qızı, Aleksandrın böyük bacısı Yuliya Skripal qardaşının ölüm səbəblərini öyrənmək üçün Sankt-Peterburqa gəlir. Lakin heç nə öyrənə bilmir. Aleksandrın cəsədini basdırılmaq üçün bacısına verirlər. Fəqət hansısa səbəb üzündən Yuliya onu basdırmaq fikrindən vaz keçir və kremasiya etdirir (yandırır). Bir müddət sonra Aleksandr Skripalın külü Londonda dəfn olunur. 

Anna Nikiforova
Maraqlı nüanslardan biri də odur ki, Aleksandr Skripalın rəfiqəsi Anna Nikiforova Skripalların zəhərlənməsi hadisəsindən az sonra - 4 mart 2018-ci ildə yoxa çıxıb. Onun axtarışları hələlik bir nəticə verməyib. Xatırladaq ki, rəsmi London Sergey və Yuliya Skripalların zəhərlənməsində Rusiyanı ittiham edir. Öz növbəsində, Rusiya bütün ittihamları rədd edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam