Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir qara zolaqda

 

    Hakimiyyətdə səhiyyə nazirinin işdən çıxarılması ilə bağlı müzakirələr gedir

      "Xeberinfo.com": Səhiyyə naziri Oqtay Şirəliyevin başı üzərində qara buludlar əsir. “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq Prezident Administrasiyasında Oqtay Şirəliyevlə vidalaşmaq barədə düşünürlər. Məlumatda deyilir ki, baş nazirin müavini Əli Əhmədovun da açıqlamalarında səhiyyə sahəsində nöqsanların olmasını dilə gətirməsi bununla bağlıdır.

     Qeyd edək ki, hələ bir müddət əvvəl “Azadlıq” Oqtay Şirəliyevin Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovla əvəzlənəcəyi barədə məlumat yaymışdı. Bildirilir ki, administrasiyada Oqtay Şirəliyevlə bağlı gedən müzakirələrdə yenə də Əhliman Əmiraslanov nazir postuna əsas namizədlərdən biri kimi göstərilir.

    Oqtay Şirəliyevə gəlincə, hesab edilir ki, o, öz fəaliyyətilə ümidləri doğrultmayıb. Xüsusilə büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı səhiyyə nazirinə qarşı inamsızlıq yaranıb. “Yuxarılar” hesab edir ki, səhiyyə sahəsinə ayrılan büdcə vəsaitlərinin xərclənməsilə bağlı onlara yanlış məlumatlar verilir. Söhbət əlbəttə ki,  səhiyyə sahəsində korrupsiyanın mövcudluğu ilə hakimiyyətin narahatlığından getmir. Korrupsiya bütün sahələrdə var və onun çiçəklənməsi Azərbaycan iqtidarının siyasətində prioritetdir. Söhbət pulların bölüşdürülməsi zamanı ehtimal edilən “əliəyrilik”dən gedir. Iqtidarda bununla bağlı ciddi narahatlıq var.   

     Hesablama Palatasının Səhiyyə Nazirliyində yoxlamalar aparması da bununla bağlıdır. Qurumun məlumatına görə, dünən kollegiya iclası keçirilib və Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunub.

    Məlumatlara görə, Səhiyyə Nazirliyində aparılan yoxlamaların nəticələri ürəkaçan deyil və güman ki, yaxın vaxtlarda hesabat Korrpusiyaya qarşı Mübarizə Idarəsinə göndəriləcək.

      Bu arada bir maraqlı məlumatı da oxucuların diqqətinə çatdıraq. Məşhur “Bloomberg”in agentliyi ölkələr üzrə səhiyyənin reytinq cədvəlini hazırlayıb. Azərbaycan 51 ölkə arasında 49-cu yeri tutur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam