Nazirin qəbuluna gələnlərə pul verib geri qaytarırlar-RƏZALƏT
Oqtay Şirəliyevə üz tutan rayon sakinlərinə icra başçısının müavini İlham Quliyev 10-20 manat verib geri qaytarır
"Xeberinfo.com": Məlumata görə, saatlı rayonuna səfər edib, şikayətçilərlə görüşmək istəyənlərin qarşısını almaq üçün yerli İcra Hakimiyyəti bir neçə metod kəşf edib. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarovun təlimatı əsasında bu işlər onun birinci müavini İlham Quliyevə həvalə edilib. Ki, müavin də indiyə qədər bir neçə nazirin qəbuluna gələnləri bir şəkildə yola verə bilib.
Bildirək ki, bir müddət əvvəl Saatlıya səfər etmiş nəqliyyat naziri Ziya Məmmədov və təhsil naziri Mikayıl Cabbarovun qəbuluna gələnləri İcra Hakimiyyətinin işçilərinin əliylə qapıdan qovmağa nail olan İlham Quliyev, bu gün nazir Oqtay Şirəliyevə şikayətçi düşənləri geri göndərmək üçün yeni üsula əl atıb.
JAM.AZ-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev hazırda Saatlı rayonundadır və rayonun Mərkəzi Xəstəxanasında şikayətçiləri qəbul etməkdədir. O şikayətçiləri ki, onların hamısı İcra Hakimiyyətinin adamlarıdır və ancaq razılıq edirlər. Problemlərdən danışmaq istəyənlər isə qapıdaca elə Saatlının baş həkimi və icra başçısının birinci müavini İlham Quliyev tərəfindən qarşılanaraq, 10-20 manat pul verilərək, geri göndərilir. Bu təkliflə razılaşmayanlar isə məcburi qaydada nazirin oturduğu binaya yaxın buraxılmır.
Qarşı tərəfi də dinləməyə hazırıq.