Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir 88 milyon manatı hara xərcləyib?

oqtay-sireliyev2Səhiyyə Nazirliyi 2015-ci ildə müxtəlif dövlət proqramlarının həyata keçirilməsi üçün dərman, vaksin və preparatlar, diaqnostika, dezinfeksiya vasitələrinin alınmasına 88 milyon 142,7 min manat xərcləyib.

Xeberinfo.com:   Bu qədər vəsait isə beş şirkət arasında bölüşdürülüb.

Həmin şirkətlərdən birinin hüquqi qeydiyyatı barədə hər hansı məlumat öyrənmək mümkün deyil. Söhbət “FRESENİUS GENERAL TRADİNG LLC”dən gedir. Bu şirkətin Azərbaycanda, yoxsa xarici ölkələrin birində və kim(lər) tərəfindən təsis edildiyi qaranlıq olaraq qalır.

Qeyd edək ki, Oqtay Şirəliyevin nazirliyi xroniki böyrək çatışmazlığı üzrə dərman və tibbi təyinatlı vasitələrin satın alınması üçün “FRESENİUS GENERAL TRADİNG LLC”yə 13 milyon 112 min manat vəsait ayırıb.

Bu qədər yüksək məbləğdə bir satınalmanın həvalə edildiyi şirkət barədə internet resurslarında hər hansı hüquqi bilgilərə rastlanmaması təəccüb və şübhələr doğurur.

Maraq üçün deyək ki, digər 4 payçı şirkət aşağıdakılardır: “AvroMed Company” – 32,6 milyon manat, “Pharmex Healthcare Products LTD” Britaniya şirkəti – 29,9 milyon manat və “Osteosintez-Bakı ETİB” – 3 milyon 570 min manat.

Qeyd edək ki, bu mövzu ilə bağlı yazıda adları keçən tərəflərcavab haqqı tanımağa hazırıq. (Qaynar.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam