Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çoxlu sayda patron, əlqumbarası və avtomat darağı tapılıb-Ağcabədinin Yuxarı Qarabağ su kanalıdan

 

 

Onlar zərərsizləşdirilməsi üçün ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb

 Martın 10-da Ağcabədi rayonunun Yuxarı Salambəyli kəndi ərazisində su kanalında mərmi tapılıb.

Yenixeber.org: Bu barədə məlumat ANAMA-ya Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə Yuxarı Qarabağ kanalına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində kanal ərazisindən 580 ədəd patron (480 ədəd 5.45 mm-lik və 100 ədəd 7.62 mm-lik patron) və 2 ədəd avtomat darağı (boş) aşkar olunmuş, kanalda suyun səviyyəsinin artması ilə əlaqədar olaraq əməliyyat axtarış tədbirləri 11 mart 2018-ci il tarixində davam etdirilib, nəticədə əlavə olaraq 700 ədəd 5.45 mm-lik patron, 1 ədəd RQD-5 əlqumbarası və 1 ədəd avtomat darağı (boş) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

10-11 mart 2018-ci il tarixlərində aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 281 ədəd partlamamış hərbi sursat (1 180 ədəd 5.45 mm-lik patron, 100 ədəd 7.62 mm-lik patron və 1 ədəd RQD-5 əlqumbarası) və 3 ədəd avtomat darağı aşkar olunub.

Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 2 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam