Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Ali Məhkəməyə müraciət edib

 

 

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib

 

Yenixeber.org: Şikayət üzrə Ali Məhkəmədə keçiriləcək iclas martın 6-na təyin edilib.

Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. M.Ueldanov cəzasının yüngülləşdirilməsini istəyir.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.

Daha sonra M.Ueldanovun saxlanma rejimi dəyişdirilib. Belə ki, müəssisənin rəisi M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə Xəzər Rayon Məhkəməsinə təqdimatla müraciət edib. Məhkəmə təqdimatı təmin edib və M.Ueldanovun həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul olunub. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib. O, şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi M.Ueldanovun apellyasiya şikayətini təmin etməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam