Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DYP POSTUNA SİLAHLI HÜCUM –Yaralanan var

 

ov-tufengi-ov-tufengi-1Bu gün Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndində yerləşən 728 saylı DYP postuna silahlı şəxs hücum edib.

Yenixeber.org: Məlumata görə, ötən gün qanunu pozduğu üçün DYP postunda dayandırılaraq barəsində inzibati protokol tərtib edilmiş Salyan şəhərinin “MTS” adlanan yaşayış massivinin C.Cabbarlı küçəsində yaşayan 30 yaşlı Orxan Cahangir oğlu Bağırov bu gün yenidən həmin yerə qayıdaraq ov tüfəngindən posta tərəf atəş açıb.

Sonra özünə məxsus “Mitsubishi” markalı avtomaşınla Salyan şəhərinə gəlib və DYP əməkdaşlarının “saxla” işarəsinə əməl etməyərək, idarə etdiyi avtomaşını onların üzərinə sürüb. Nəticədə, DYP-nin zabiti, 36 yaşlı Raqib Dəmirov çiyin nahiyəsindən xəsarət alıb.

Orxan Bağırov saxlanılarkən silahlı müqavimət göstərsə də, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının peşəkarığı sayəsində zərərsizləşdirilərilərək həbs olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam