Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DTX-nın tutduğu dəstənin məhkəməsi başladı

DTX-nın tutduğu dəstənin məhkəməsi başladı

 

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olarkən cinayətkar dəstə yaratmaqda təqsirləndirilən Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb

 

Yenixeber.org: Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə qarşı ittiham aktı elan olunub.

Təqsirləndirilən şəxs A.Fərəcov özünü ittihamlarda təqsirli bilməyib.

Prosesdə ifadə verən dəstə üzvləri özlərini qismən təqsirli biliblər.

Daha sonra A.Fərəcov ittihama münasibət bildirib. O qeyd edib ki, bu işdə heç bir günahı yoxdur və heç kimdən pul tələb etməyib.

İttihama görə, A.Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-cı ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edərək Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədi ilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci ilin aprel ayının 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam