Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

"Kritı Araz"ın məhkəməsində mübahisə düşüb

 

 

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Yenixeber.org: Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Elxan Əkbərov dindirilib.

O, təqsirləndirilən şəxslərin heç birini tanımadığını, şikayətçi olmadığını deyib: "Mənə qarşı heç bir cinayət törədilməyib. Heç bilmirəm məni niyə zərərçəkmiş kimi tanınmışam".

Hakim qeyd edib ki, zərərçəkmiş istintaqa verdiyi ifadəsində təqsirləndirilən E.Şahbazovla tanış olduğunu deyib.

Zərərçəkmiş E.Əkbərov isə E.Şahbazovun atası ilə dost olduğunu söyləyib.

Bu zaman hakimlə təqsirləndirilən E.Şahbazov arasında mübahisə yaranıb. Daha sonra məhkəmə E.Şahbazovun zaldan çıxarılaraq iclasın onsuz davam etdirilməsi barədə qərar verib.

Məhkəmənin növbəti prosesi martın 13-nə təyin edilib.

İttihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.

Mütəşəkkil dəstənin həbsdə olan A.Fərəcov tərəfindən yaradıldığı bildirilir.

A.Fərəcovdan başqa, E.Şahbazov da həbsxanada ola-ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri "içəri"dən koordinasiya edib.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam