Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polkovnik 8 min manata MTN-ə işə düzəldirmiş -MƏHKƏMƏ

mtn-01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Yenixeber.org:    APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. V. Güləli elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib: “Mən özüm zərərçəkmişəm, aldadılmışam”.

C. İbayev, V. Əsədov və A. İsmayılov özlərini təqsirli bilməyiblər. Nicat Əliyev isə özünü qismən təqsirli bilib.

Sonra zərərçəkmiş şəxslər ifadə veriblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.

Təqsirləndirilən şəxs V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, V. Güləli MTN-in polkovniki olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam