Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Vidadi Zeynalov və digərlərinə qarşı 255 min manatlıq mülki iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:   Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda hakim bildirib ki, prosesdə Vergilər Nazirliyinin nümayəndəsi iştirak edir. Hakimin sözlərinə görə, iş üzrə nazirlik 255 min manatlıq mülki iddia qaldırıb.

Daha sonra təqsirləndirilən Səhlab Hümbətovun vəkili onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov isə müdafiə etdiyi şəxsin hamıdan sonra ifadə vermək istədiyini və bunun nəzərə alınmasını xahiş edib.

İclasda məhkəmə istintaqının başlanması elan olunub. Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktının nəticə hissəsini elan edib. İttihama görə, V. Zeynalov digərləri ilə korrupsiya şəbəkəsi formalaşdırıblar. Onlar nəzərdə tutulan işlərin bəzi hallarda görülməməsi, məbləğlərin şişirdilməsi və digər yollarla pul mənimsəyiblər.

İttihama münasibət bildirən V. Zeynalov özünü təqsirli bilmədiyini deyib.

Proses günün ikinci yarısında davam edəcək. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam