Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yeni investisiya qanunu hazırlanır-Azərbaycanda

 

Azərbaycanda yeni investisiya qanunu hazırlanır
"Microsoft İnnovasiya forumu ilk dəfə Azərbaycanda keçirilir. Belə bir qlobal şirkətin Azərbaycanda forum keçirməsi olduqca müsbət haldır".
Yenixeber.org: Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Microsoft İnnovasiya Forumu 2018"də çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, Azərbaycan qeyri-neft sektoruna xüsusi önəm verir. 

"İnnovativ inkişaf Azərbaycan üçün əsas inkişaf perspektivlərindən biridir. Bunu prezident İlham Əliyev də Davos forumunda çıxışı zamanı vurğulayıb. İnnovativ inkişaf üçün Azərbaycanda çox böyük potensial var. Azərbaycanın bu sahədə müəyyən nailiyyətləri də var. İnvestisiyaların yatırılması üçün ölkədə hüquqi baza var". 

E.Vəlizadə qeyd edib ki, Azərbaycanda yeni investisiya qanunu hazırlanır: "Hesab edirəm ki, bu qanun layihəsi müasir dünya çağırışlarına cavabdeh olacaq, ölkəmizə gələn investorlar üçün daha münbit şərait yaradacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam