Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Xəstəlikdən tələf olan mal-qara basdırılmayıb – Qubada (VİDEO)

 

inekheyvan_897

Sakinlərinin 10-a yaxın iribuynuzlu mal-qarası xəstəlikdən tələf olub

Xeberinfo.com:  Quba rayonunun Buduq kəndində mal-qara arasında kütləvi xəstəlik yayılıb. “Report”un Şimal bürosunun məlumatına görə, kənd sakinlərinin 10-a yaxın iribuynuzlu mal-qarası xəstəlik səbəbindən tələf olub. İlk dəfədir belə halla rastlaşan kənd sakinləri heyvanların yoluxduğu virusun hansı xəstəlik olduğunu bilmədiyini bildiriblər.
Yayılan xəstəliklə bağlı rayon Baytarlıq İdarəsinə məlumat verilib. İdarənin əməkdaşları mal qaraya baxış keçirib, laborator nümunələr götürülüb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindənin əməkdaşları tərəfindən Buduq kəndində heyvanlara yoluxmuş xəstəliklə bağlı araşdırmalara başlanılıb.
Quba Rayon Baytarlıq İdarəsinin rəisi əvəzi Nadir Becanovun sözlərinə görə, götürülmüş nümunələrin cavabından sonra xəstəliyin səbəbi dəqiq bilinəcək: “Mal-qaraya dabaq xəstəliyinə görə, vaksin vurulub. Bu səbəbdən də heyvanların həmin xəstəliyə yoluxma ehtimalı mümkünsüzdür”.
Xəstəlikdən tələf olunan iribuynuzlu heyvanlar baytarlıq idarəsinin əməkdaşları tərəfindən dizenfeksiya olunmalı və basdırılmalı idi. Lakin bu prosedur həyata keçirlməyib. İdarənin rəis əvəzi tələf olan mal-qaranın basdırılmamasını kənd sakinlərinin həmin mal-qaraların sahibləri tərəfindən gizlətməsi ilə əlaqədar olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam