Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Əli İnsanov əfvlə azad oluna bilər?

 

Sabiq nazirin Yeni ili azadlıqda qarşılaması mümkündür 

"Xeberinfo.com":  2016-cı il oktyabrın 19-da sabiq səhiyyə naziri Əli İnsanovun cəza müddəti bitir. Onu 2005-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə tutublar. Sabiq nazir sonradan iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. O zaman Ə.İnsanovla birgə tutulan eks iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, “Azpetrol” şirkətlər qrupunun prezidenti Rafiq Əliyev, keçmiş maliyyə naziri Fikrət Yusifov və digərləri əfvlə azad ediliblər. 

Hazırda Əli İnsanov siyasi motivlərlə dəmir barmaqlıqlar arxasına salınan ən stajlı məhbusdur. Oktyabrın 19-da həbsinin 9-cu ili tamam olan sabiq nazir hakim partiya - YAP-ın qurucularındandır. 2013-cü il martın 14-də Ə.İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Ə.İnsanova 10 min avro kompensasiya da ödəməlidir. Ötən ilin noyabrında Ali Məhkəmə Ə. İnsanovun işinə dair Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını ləğv edib. İşə dair Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı dəyişdirilməyib və araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. 
Məhkəməsi zamanı Ə. İnsanov onu öldürmək istəyən qüvvənin olduğunu bəyan edib. Məhkəmə sabiq nazirin barəsində olan hökmün dəyişdirilmədən saxlanılması qərarını açıqlayıb. Ə.İnsanov bu qərara “məni sındıra bilməyəcəksiniz”  nidası ilə reaksiya verib. Bu il noyabrın ortalarında sabiq nazirin ölkədən getmək şərti ilə azad ediləcəyi haqda növbəti dəfə xəbər yayılıb. Bu dəfə onun Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində veriləcək əfv fərmanı ilə azad ediləcəyi bildirilir. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilirdi ki, 9 siyasi məhbusun əfvə düşəcəyi gözlənilir. Yaxınlarından onların əvəzindən əfv ərizəsi alınıb. Bu şəxslər arasında Ə.İnsanovun yaxınının olub-olmaması bilinmir. 
Hakimiyyət sabiq səhiyyə naziri Ə. İnsanovu da azad etmək istəyir. Lakin nazir onun yanına gələn elçiləri qəbul etməyib. Hüquq müdafiəçisi Sahib Məmmədov sabiq nazirlə bağlı yayılan məlumatları şərh edərkən demişdi ki, Ə. İnsanov barəsində heç bir qərar qəbul etmək mümkün deyil: “O, nə vaxtından əvvəl şərti azad olunmaq üçün məhkəməyə şikayət verir, nə də əfv üçün müraciət edir. Bu hüquqi prosedurlardan ən azı biri olmalıdır ki, Əli İnsanovun məsələsinə baxılsın. Olmadığı halda, onunla bağlı hökumət nə qərar qəbul edə bilər ki?”

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam