Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli İnsanov Bakı istintaq təcridxanasının rəisini məhkəməyə verdi

 

“Əli İnsanov İnzibati iqtisad Məhkəməsinə şikayət edib”.

"Xeberinfo.com":   Məlumata görə, bu haqda Modern.az saytına sabiq nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, müvəkkili şikayət ərizəsində bir sıra halları sadalayıb: “Sabiq nazir heç bir əsas olmadan karserə salınıb və üç gün dözülməz şəraitdə saxlanılıb, ona yetərincə qida verilmir. Buna görə də keçmiş səhiyyə naziri Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasının rəisi Azər Seyidovu məhkəməyə verib.

Həmçinin Əli İnsanov müəyyən olunmuş qida rasionunu almadığına görə təcridxana rəhbərliyinə də müraciət edib.

Vəkil məhkəmə prosesinin yaxın günlərdə baş tutacağını qeyd edib: “Ümid edirik ki, məhkəmə prosesində Əli İnsanovun hansı səbəbdən karserə salınması, qidasının azaldılması aydınlaşacaq”.

Bakı Ağır Cinayətlər Məhkəməsi 18 iyun 2015-ci ildə Əli İnsanovun xarici banklarda toplanmış qonorarlarının müsadirə olunması barədə qərar çıxarıb. Keçmiş nazir də həmin qərardan apelyasiya şikayəti verib.

Eyni zamanda, apelyasiya məhkəməsinə ərizə ilə müraciət edərək, özünün prosesdə iştirak etmək istəmədiyini bildirib. Bunu əvvəllər də Bakı Apelyasiya Məhkəməsində işinə baxılarkən şüşə kabinəyə salınaraq, danışmağa imkan verilməməsi ilə izah edib”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam