Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazir məhkəmədə nə tələb etdi?

 

Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə prosesi keçirilib.

     "xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, məhkəmə zamanı keçmiş səhiyyə naziri evindən tapılan qızıl külçələrin məhkəmədə cinayət işinə qatılması barədə vəsatət qaldırıb.

      Bundan başqa, sabiq nazirin vəkili Toğrul Babayev Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, səhiyyə naziri Oqtay Şirəliyev, təhsil naziri Mikayıl Cabbarovun məhkəmədə iştirakının təmin edilməsi ilə bağlı vəsatət qaldırıb.

      Lakin keçmiş nazirin heç bir vəsatəti qəbul olunmayıb.

      Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarına baxılıb. İş araşdırılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. AİHM ötən il martın 14-də Ə. İnsanovun iddiası üzrə qərarını açıqlayıb.

      Qərarda Ə. İnsanovun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 3-cü maddəsi üzrə (işgəncə faktı), 6-cı maddəsinin 1-ci və 3-cü paraqrafları (ədalətli məhkəmə hüququ) üzrə iddiaları təmin edilib. Qərarda eyni zamanda Azərbaycan hökumətinin Ə. İnsanova 10 min avro məbləğində kompensasiya ödəməli olduğu da qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam