Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əli İnsanov: “Heç bir təhdid məni mübarizədən çəkindirə bilməz”

eli

Ali Məhkəmə keçmiş səhiyyə nazirinin kassasiya şikayətini təmin etməyib

Xeberinfo.com:   Bu gün Ali Məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxılıb. İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası sabiq nazirin şikayətini təmin etməyib.

Əli İnsanov bu qərarı alandan sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyini deyir.

“Heç bir məntiqə sığmayan, qanuna uyğun gəlməyən bu açıq-aşkar siyasi qərar Azərbaycanda məhkəmə sistemini qanundan kənarda qoyur. Hakimiyyət özünün imzaladığı beynəlxalq sənədləri və götürdüyü öhdəlikləri inadkarlıqla inkar etməklə Azərbaycana dünyada etibarsız tərəfdaş imici formalaşdırır. Mən hər zaman olduğu kimi, rahat və nikbinəm. Heç bir siyasi, hüquqi və fiziki təhdid məni mübarizədən çəkindirə bilməz. Ali Məhkəmənin bugünkü qərarını əldə edən kimi Avropa Məhkəməsinə təkrar şikayət verəcəm”, – Əli İnsanov bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxaraq, ona münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu təsdiqləyib. Azərbaycan hökumətinin üzərinə buna görə Əli İnsanova kompensasiya ödəmək öhdəliyi qoyub.

Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Əli İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Amma bu instansiya bir daha Əli İnsanov barədə hökmü qüvvədə saxlayıb. Keçmiş nazirin vəkilləri Ali Məhkəməyə Bakı Apellyasiya Məhkəməsinin bu qərarından 2015-ci ilin mayında Ali Məhkəməyə şikayət vermişdi. (Azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam