Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Akkord” şirkətinin bank hesabına həbs qoyulub

 

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının Türkiyədəki bank hesablarına həbs qoyulub

"Xeberinfo.com": “APA-Economics”in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, şirkətin “Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkətinə 7 mln. 237 min 16 lirə (təxminən 2 mln. 621 min 247 manat) borcunun olması səbəbindən Qaziantep 13-cü İcra Dairəsi tərəfindən “Akkord”un Türkiyədəki hesablarının həbs olunması ilə bağlı qərar verilib.
 
Məlumata görə, korporasiya Türkiyə Kömür İşlətmələrindən aldığı mədən yatağının qazılması ilə bağlı bəzi işlərin icrasını “Ada” Metal Mədənçilik şirkətinə həvalə edib. Lakin “Ada” Metal Mədənçilik şirkəti gördüyü işin məvacibini ala bilmədiyindən borcu yaranıb.
 
“Öz Volkan” neft məhsullarının nəqli və inşaat şirkəti məhz bu səbəbdən Qaziantep 13-cü İcra Dairəsinə müraciət edib. İcra Dairəsi isə həm Akkord, həm də “Ada” Metal Mədənçilik şirkətinin hesablarına həbs qoyulmasına qərar verib.
 
Türkiyə mətbuatı “Akkord” və "Ada" Metal Mədənçilik şirkətlərinin Qaziantep və Malatyada bəzi firmalara da borcunun olduğu barədə məlumatlar yayıb. 40 gündən çox bu vəziyyət hökm sürdüyündən firmaların mədən işlərini həyata keçirə bilmədikləri bildirilir.
 
“Akkord” Korporasiyanın ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Afaq Quliyevanın “APA-Economics”ə verdiyi məlumata görə, şirkət tərəfindən məsələ aydınlıq gətirmək üçün bəyanat hazırlanır.
 

 

“Bu hadisə ilə bağlı Türkiyə ofisi ilə bağlı əlaqə saxlamışıq. İnformasiyada yanlışlıq var. Bu gün bizə məlumat verəcəklər. Biz Türkiyə ofisindən cavab istəyirik. Onlar cavabı verən kimi biz açıqlamanı verəcəyik”, - deyə A. Quliyeva əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam