Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Akkord” şirkəti Beynəlxalq Banka 1,3 milyard manat borcludur

 

Azərbaycan Beynəlxalq Bankına ən çox borcu olan qurum “Akkord” tikinti şirkətidir.

"Xeberinfo.com":   Beynəlxalq Bankdakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, tikinti şirkətinin banka olan məcmu borcu 1,3 milyard manat təşkil edir.

Virtualaz.org saytı bu məsələ ilə bağlı hal-hazırda jurnalist təhqiqatı aparır. Oxuculara bu problemin təfərrüatları haqda yaxın zamanlarda müfəssəl məlumat veriləcək.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamını saxlamışdı. Bütün biznesmenlər Beynəlxalq Bankdan kredit kimi götürülən pulları israf etməkdə günahlandırılırdı.

Bankın özündə isə ümumi həcmi bir neçə milyard manata çatan problemli kreditlər ucbatından likvidlik problemləri başlamışdı.

Qeyd edək ki, tikinti nəhəngi olan “Akkord” uzun illərdir Azərbaycanda iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Korporasiya hətta xaricdə də bir neçə tenderi udmağa nail olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam