Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan Bakıya gəlir

 

Türkiyədə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü Partiyasının (AKP) İdarə heyətinin toplanacağını bildirib. 
"Xeberinfo.com":Ans press-in məlumatına görə, o İdarə heyətinin yığıncağı sonrasında yeni baş nazirin müəyyən olmasının mümkünlüyünü də dilə gətirib. 
Prezidentliyin əhəmiyyətindən danışan Ərdoğan artıq hazırki iqamətgahından da köçəcəyini də bildirib. 
Növbəti baş naziri kimin seçəcəkləri haqqında danışan Ərdoğan “indi nəsib olsa cümə axşamı günü bir İdarə heyətinin konfransını edəcəyik. Konfransda bir çox mövzu ilə bərabər bu mövzunu da yenə aramızda müzakirə edəcəyik. Toplantıdan sonra hər şey aydın olacaq” deyib.
Bundan əlavə Ərdoğan Prezident kimi ilk səfərini Azərbaycan və Şimali Kiprə edəcəyini bildirdi.
“İlk xarici ziyarətimi Azərbaycan və Şimali Kiprə edəcəyəm”- deyə Rəcəp Tayyip Ərdoğan rəsmi elan etdi. 
Qeyd edək ki, Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrikində Azərbaycanın dövlət başçısı onu ölkəmizə səfərə dəvət edib. 
Ümumiyyətlə Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq qardaş ölkəyə gerçəkləşdirirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam