Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nərimanovda narkomaniyaya qarşı daha bir tədbir keçirildi - FOTOLAR

 

 

Xeberinfo.com:  Bu gün Nərimanov Rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinə uyğun olaraq təlim-məşğələ keçirilib.

Rayon rəhbərliyi, rayonun ümumtəhsil və orta-ixtisas müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, poliklinikaların həkimləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev tədbirin sosial-ictimai əhəmiyyətini qeyd edərək, rəhbəri olduğu Komissiya tərəfindən Dövlət Proqramından irəli gələn bir sıra vacib məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb, bütün dünyanı əhatə edən bu dəhşətli bəladan xilas olmaq üçün lazımi tədbirlərin daha da gücləndirilməsinin zəruriliyini bildirib.

İ.Mirzəyev narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasını qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün şəhər-rayonlarda etimad telefonlarının səmərəli istifadəsi üçün daha geniş təbliğatın aparılması və müvafiq qurumlar tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı diqqətin artırılması, həmçinin narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müaviniVasif Quliyev, Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları  Raqif Allahverdiyev, Turcay Əhmədov,Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşləri üzrə baş əməliyyat müvəkkiliTanrıverdi Aydınov, Bakı Şəhər Təhsil İdarəsinin Metodik kabinetinin müdiri Vahid Qurbanov, Respublika Narkoloji Mərkəzinin şöbə müdiriAfət Məmmədova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşıAidə Ələkbərova çıxış edərək narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyani barədə təbliğat aparılması, eyni zamanda şagird və tələbələrin dünya görüşünün formalaşdırılmasın məqsədi ilə narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərək  tədbir iştirakçılarının suallarını cavablandırıblar.

 

Təlim-məşğələ mövzu ətrafında müzakirələrin aparılması ilə davam etdirilib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam