Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

1 tondan çox heroin müsadirə edilib - 5 ayda

Yanvar – may aylarında Azərbaycanda narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları 1 439 fakt aşkar ediblər.

Xeberinfo.com:  Bu haqda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının öz saytında açıqladığı aralıq hesabatda bildirilir.

Hesabata görə, aşkarlanan faktlardan 375-i narkotik vasitələrin satışı ilə bağlı olub.

1006 fakt isə satış məqsədi olmadan narkotik vasitələrin dövriyyəsi ilə bağlıdır. Digər faktların əsasən, narkotik xassəli bitkiləri kultivasiyası ilə əlaqəli olduğu bildirilir.

Aşkar edilən faktlar üzrə dövriyyədən ümumi çəkisi 1 ton 520 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələr arasında heroin üstünlük təşkil edir. 5 ayda 1 ton 037 kilodan artıq heroin aşkar edilib.

Hüquq-mühafizə qurumları 294 kiloqram marixuana, 169 kiloqram tiryək, 16 kiloqram həşiş və digər narkotik vasitələr aşkar ediblər.

Hesabatda həmçinin “Xaş-Xaş 2016” əməliyyatı ilə qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kiloqramdan çox narkotik tərkibli bitkilərin məhv edildiyi qeyd edilir.

1439 fakt üzrə 840-ı kişi, 10-u qadın olmaqla 850 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyi hesabatda əks olunub. Məsuliyyətə cəlb edilənlərdən 1 nəfəri 18 yaşa çatmamış gənc, digərləri yetkin şəxslər olublar.

Narkotikə görə tutulanların 754-ü işsizlərdir. Məsuliyyətə cəlb edilənlər arasında 3 qulluqçu da olub.(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam