Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Novxanıda məktəbdə şagirdləri qorxuya salan kimdir?– VİDEO

Novxanıda məktəbdə şagirdləri qorxuya salan kimdir?

 

Abşeron rayonu, Novxanı kənd 2 nömrəli məktəbdə oxuyan şagirdlərin valideynləri iddia edirlər ki, maskalı bir qadın mütəmadi olaraq məktəbə gələrək orada oxuyan 6-cı sinif şagirdi Gülcan İsmayılzadəni oğurlayacağını deyib

 

Yenixeber.org: Nərmin Həsənovanın axtardığı Gülcan İsmayılzadə və onun sinif yoldaşları da dəfələrlə həmin qadın tərəfindən hədələndiyini deyir.

Araşdırma zamanı məlum olub ki, sözügedən qadın Nərmin Həsənova əvvəllər Gülcan İsmayılzadənin əmisi yoldaşı olub. 
Elə həmin illərdə də Gülcan İsmayılzadəni övladlıqda saxlayıb. Bir müddət sonra o, yoldaşından boşanıb və Gülcanla yaşamağa başlayıb. Gülcan İsmayılzadənin dediyinə görə, həmin qadın dəfələrlə ona işgəncələr verib. Bu işgəncələrə dözməyən Gülcan isə öz anası evinə qaçıb. Hər şey isə elə bundan sonra başlayıb.

Gülcan İsmayılzadə yenidən həmin şəxslə yaşamaq istəmədiyini deyir. Məsələ ilə bağlı məktəb direktoru  Xanverdi Kazımov məktəbə belə bir şəxsin gəldiyini təsdiqləyib.

Xanverdi Kazımov məsələ ilə bağlı yenidən Təhsil Nazirliyinə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.

Haqqında iddialar səslənən Nərmin Həsənov zənglərə cavab verməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam