Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya mediası azadlığa çıxan Lotu Qulidən yazdı: Əsas hədəf...

Rusiya mediası azadlığa çıxan Lotu Qulidən yazdı: Əsas hədəf...

 

 

 

 

Qanuni oğru Nadir Səlifovun (Lotu Quli) İstanbulu özünə əsas qərargah seçəcəyi gözlənilir

 

Yenixeber.org:  Bu iddia ilə Rusiya mətbuatı çıxış edib. Mətbuat məhz buradan Qulinin öz fəaliyyətini həyata keçirəcəyini bildirib.

“Qulinin azadlığa çıxması ilə oğru dünyasında dəyişikliklər gözlənilir. Bu cür dəyişikliklər Şakro Molodoyun (Zaxariya Kalaşov) azadlığa çıxması ilə yaşanmamışdı. Maraqlı məqam odur ki, Şakronun İspaniyada həbsdə olan zaman təsiri də Qulidən daha az idi. Şakro kimi Quli də oğru klanlarının konflikti kimi məşhur olan Oniani (Tariyel Oniani) və Usoyan (Aslan Usoyan – Ded Xasan) müharibəsindən uzaqdan durmaqla ləkələnməyiblər. Bu, Qulinin avtoritetini müharibədə ləkələnənlərdən daha yüksəyə qaldırır və bu konfliktin həllində müstəqill tərəf olmasına imkan yaradır. Böyük ümidlərin bəsləndiyi Şakro konflikti dondursa da, konflikt tərəflərini barışdıra bilməmişdi. İndi Qulnin əlində imkan var ki, konflikti ölüm nöqtəsindən tərpətsin. Əgər bunu etməyə arzusu olsa, bu, Qulinin əsas hədəfi sayılacaq. Problem ondadır ki, hələlik konflikt tərəflərinin özləri barışmaq istəmirlər. Başqa bir məsələ isə Quliyə həm də konfliktdən kənarda qalaraq hər şeyi olduğu kimi saxlamaq da sərf edir.

Bu gün bütün klanların rəhbərləri Quli ilə dostluq qurmağa çalışırlar. İstənilən halda onu heç kim özünün düşmənləri arasında görmək istəmir. Quli Ded Xasan və Rövşən Lənkəranski kimi böyük fiqurlarla həbsdən çıxmadan düşmənçilik edərək, yuxarıya doğru addımlamağı bacarıb.

Hələlik Quli ilə partizan müharibəsində olan yeganə şəxs Rafiq Eyvazov (Rafiq Masallinski) hesab edilir. Bu konfliktin isə oğru aləmi ilə o qədər də əlaqəsi yoxdur”, - məqalədə vurğulanıb.

Qeyd edək ki, Lotu Qulinin azadlığa buraxılması haqda məlumat dünən yayılıb. Onun azadlığa çıxdıqdan dərhal sonra ölkəni tərk edib, Gürcüstana getdiyini mediaya vəkili deyib. KİV isə onun İstanbula yollandığını iddia edib.

Quli 1996-cı ildən Azərbaycanda həbsdə olub.

Rafiq Masallinski 2013-cü ildə qanuni oğru adını alıb. Ona bu adı Nadir Səlifov verib. Elə həmin il Bakıda həbs edilən Eyvazovun Səlifovla münasibətləri gərginləşməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam