Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Penitensiar Xidmətdən Lotu Quli ilə bağlı- Açıqlama

Penitensiar Xidmətdən Lotu Quli ilə bağlı

 

 

 

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov (Lotu Quli) azadlığa buraxılıb

 

***

Penitensiar Xidmət kriminal avtoritet Lotu Qulinin azadlığa çıxması ilə bağlı açıqlama verib

 

Yenixeber.org: Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov açıqlamasında bildirib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər:

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Digər məlumata görə, N.Səlifov həbsdən buraxılmayıb, o, saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. Quli Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (Otar) yaxın dost olub.

Otarın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra Lənkəranskiyə oğru adı verən Nardaranlı Mirseymur da qətlə yetirilib ki, bunu da indiyədək Qulinin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da Quli və Lənkəranski tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı qanuni oğrular və kriminallar bu davada əsasən Qulini dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının xaç atası sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (Ded Xasan) alıblar.

Qulinin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən Qulinin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, Quli həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

 

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam