Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İsveçdə Azərbaycan Dəmir Yolları ilə bağlı məhkəmə işi bağlanıb

 

 İsveç Prokurorluğu “Bombardier” şirkətinin əməkdaşı Yevgeni Pavlovun azərbaycanlı məmurlara rüşvət verilməsində iştirakını sübuta yetirə bilməyib

 

Yenixeber.org: “Report”un məlumatına görə, bununla da, ölkədə açılmış ən böyük korrupsiya ilə əlaqəli cinayət işlərindən biri bağlanıb.
Qeyd edək ki, Y. Pavlovun ilk məhkəməsi avqustun 29-da Stokholmda keçirilib. İsveç Prokurorluğu məhkəmədə onun şirkətinin 340 milyon dollarlıq müqavilənin tenderində qalib olması məqsədilə Azərbaycandakı məmura rüşvət verdiyini sübuta yetirməyə çalışıb. Müstəntiqlər bildiriblər ki, 2016-cı ilin oktyabrında “Bombardier” şirkətində aparılan axtarışlar zamanı elektron adresdə rüşvət verilməsi barədə sübutlar tapılıb. 
Qeyd edək ki, digər iştirakçıların daha az qiymətə öz xidmətlərini təklif etmələrinə baxmayaraq, 2013-cü ildə Bakını Gürcüstan sərhədi ilə birləşdirən dəmiryolunun bir hissəsinin siqnal avadanlığı ilə təchiz etmək üçün keçirilən tenderdə “Bombardier”in başçılıq etdiyi konsorsium qalib gəlib. 
Y. Pavlovun vəkili Kristin Berqner bildirib ki, hələlik hüquqlarını müdafiə etdiyi şəxslə danışa bilməyib. Lakin məhkəmənin hökmü icra olunub.
“Məhkəmədə bildirilib ki, prokuror təqsiri sübuta yetirə bilməyib. Bu səbəbdən cinayət işi bağlanıb”, - deyə K.Berqner əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam