Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Dünyanı mat qoyan xəstəlik:Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR

Dünyanı mat qoyan xəstəlik:

 

Pakistanın İslamabad şəhərində nadir xəstəlikdən əziyyət çəkən uşaqlar dünya mediasını heyrətə gətirib.

Yenixeber.org: İki qardaş - 9 yaşlı Məhəmməd və 13 yaşlı Əbdül nadir xəstəlikdən əziyyət çəkir. Uşaqların atası Sahib Əhməd deyir ki, bu xəstəlik anadangəlmədir:

"Körpə vaxtı başa düşmürdük. Günün ikinci yarısından sonra uşaqlar tərpənmirdi. Elə bilirdik yatıblar. Sonra zamanla bunun anormal bir hal aldığının şahidi oldum. Onlar gərgin və halsız olmağa başladılar. Həkimlər buna heç bir əlac edə bilmirlər".

Uşaqların özlərindən kiçik bir bacıları da var. Lakin xəstəliyin simptomları yalnız iki qardaşda müşahidə olunur. Hava qaralan kimi onlar yavaş-yavaş halsızlaşır, yemək yeyə, su içə bilmirlər. Hətta gözlərini də açmırlar. İflic vəziyyətində yatırlar.

Uzun illərdir bu xəstəliklə yaşayan uşaqların həyatı yalnız səhər gün işığı ilə yenidən başlayır. Onlar yaşamaq üçün 14 saat sonra günəşin çıxmasını gözləyirlər. Maraqlısı budur ki, bu uşaqlar gündüz vaxtı digər uşaqlar kimi sağlam olurlar.

Dünyanın bir çox yerindən gələn həkimlər uşaqları müayinə edib. Valideynləri qohum olduğu üçün bu genetik xəstəlik olaraq adlandırılsa da, tibbdə adını və müalicəsini tapmaq olmur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam