Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Həbsdə olan jurnalistdən daha bir iddia

 

   “Baş Prokurorluğun Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair müəyyən bir razılaşması mövcuddur”

 

 
  "Xeberinfo.com":“Ayna-Zerkalo” qəzetinin həbsdə olan əməkdaşı Rauf Mirqədirov Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin(MTN) barəsində yaydığı açıqlama ilə bağlı bəyanat verib. Bəyanatda hər iki qurumun açıqlamasının reallıqdan uzaq olduğu bildirilir. Jurnalist iddia edir ki, Baş Prokurorluğun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığı var.
Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Baş Prokurorluğunun bəyanatını nəzərdən keçirdikdən sonra belə təəssürat yaranır ki, Baş Prokurorluğun ictimai-siyasi xadimlərin və müstəqil jurnalistlərin diskreditasiyası sahəsində Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa dair müəyyən bir razılaşması mövcuddur.
Prokurorluğun bəyanatından belə bir nəticə də çıxarmaq olar ki, tərəflər bu istiqamətdə hətta birgə əməliyyatlar belə keçirirlər.
Çünki, yaxın tarixə nəzər saldıqda, məlum olur ki, Azərbaycan Respublikası Baş Prokurorluğu buna oxşar qondarma cinayət işlərində saxta sübutların əldə edilməsi məqsədilə Ermənistanın xüsusi xidmət orqanlarında çalışan “Samvel” kimi tiplərdən “məlumatların” əldə edilməsi təcrübəsindən birinci dəfə deyil ki istifadə edir.
 Mən belə bir sövdələşmənin olduğuna inanmaq istəmirəm və inanmıram.
Lakin, istintaqın gedişi məni bir daha əmin edir ki, mənə qarşı törədilən bu fitnəkarlıq Ermənistan və strateji müttəfiqi olan dövlətin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı apardıqları geniş miqyaslı təxribatın kiçik bir tərkib hissəsidir.
Təəssüflər olsun ki, Azərbaycandakı nüfuzlu qruplar bu və ya digər səbəblərdən bu geniş təxribatın icraçılarına çevriliblər”.
Qeyd edək ki, Baş Prokurorluğun və MTN-nin iyulun 16-da yaydığı açıqlamada Rauf Mirqədirovun ermənilərlə işbirliyinin olduğu göstərilib. Bunun üçün dəfələrlə, jurnalistin Ermənistana səfər etdiyi bildirilib.
Xatırladaq ki, Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya edilərək, həbs edilib. Ona qarşı 274-cü maddə ilə(Dövlətə xəyanət) cinayət işi açılaraq, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu ayın 15-də isə həbs müddəti 4 ay uzadılıb. “Ayna-Zerkola”nın əməkdaşını haqqında irəli sürülmüş maddə üzrə ömürlük yaxud 15 ilə qədər həbs cəzası gözləyir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam