Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan hökuməti ordu ilə bağlı hərəkətə keçdi

 

 

Ermənistan prezidenti Serj Sərkisyan bu gün Təhlükəsizlik Şurasının iclasını çağırıb.

 

Yenixeber.org:     Musavat.com erməni mediasına istinadən xəbər verir ki, baş nazir Karen Karapetyan və müdafiə naziri Viqen Sərkisyanın da iştirak etdiyi toplantıda hərbi məsələlərdən bəhs olunub. Maraqlısı budur ki, Təhlükəsizlik Şurasının gündəliyinə “Müdafiə haqqında” və “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanunların müzakirəsi daxil edilib. Son zamanlar Ermənistan ordusunda baş verən biabırçılıqlar, həmçinin ölüm və işgəncə halları, qida və geyim təchizatındakı problemlər ölkədə hərbi xidmətdən yayınanların sayına ciddi təsir göstərib. Yuxarıdakı faktları hətta zabit heyəti dilə gətirir. Ordudan tərxis olunanlar arasında keçirilən sorğu nəticəsində orduda vəziyyətin fəlakətli həddə olduğu bəlli olub. Bu mənada Ermənistan rəhbərliyi vətəndaşların orduya cəlb edilməsi istiqamətində hərəkətə keçib. Sözügedən qanun layihələri 31 avqustda hökumətin toplantısında ayrıca müzakirəyə çıxarılacaq.

 

25157_b.jpg (43 KB)

 

Qeyd edək ki, Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə Ermənistan ordusunun davamlı itkilər verməsi işğalçı ölkənin silahlı qüvvələrinin komandanlığında da ruh düşkünlüyü yaradıb. Bir gün əvvəl Ermənistan müdafiə nazirinin müavini Ara Nazaryanın tutduğu vəzifədən azad edilməsi də təsadüfi deyil. Üstəlik, S.Sərkisyanın məhz Təhlükəsizlik Şurasının toplantısından sonra Qarabağa gəlməsi də onun “Qarabağdakı bayram tədbirlərində iştirak”la bağlı dediklərinin bəhanə olduğunu deməyə əsas yaradır.

 

Görünür, Sərkisyan hərbçilərində ruh yüksəkliyi aşılamaq üçün işğal altındakı ərazilərə gəlib. Sözügedən qanun layihələrində isə hərbçilərlə bağlı stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.

 

 

Cavid TURAN,


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam